Türkiyədə evdə baş verən yanğında 5 qardaş öldü

12.11.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Türkiyənin İzmir şəhərinin Səlcuq rayonunda evdə baş verən yanğında 5 qardaş həyatını itirib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, yanğının elektrik sobasının aşması səbəbindən baş verdiyi ehtimal edilir.

Yanğın zamanı uşaqların evdə tək olduğu bildirilir.

Məlumata görə, tüstüdən təsirlənən 5 qardaşdan 3-ü hadisə yerində dünyasını dəyişib. Digər iki qardaşın isə xəstəxanada edilən müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Onlardan ən kiçiyinin bir, böyüyünün isə beş yaşı olub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью