Türkiyədə Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirildi

26.11.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

24 noyabr 2026-cı il tarixində İstanbulun Cemal Reşit Rey (CRR) Konsert Zalında tanınmış azərbaycanlı dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə simfonik konsert keçirilib.

Kulis.az xəbər verir ki, Əyyub Quliyev tədbirdə Türkiyənin tanınmış musiqi kollektivlərindən olan Cemal Reşit Rey Simfonik Orkestri ilə çıxış edib.

Konsertin solisti isə tanınmış türk arfa ifaçısı Merve Kocabeyler olub.

Qeyd edək ki, konsertdə Türkiyənin tanınmış mədəniyyət xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.

Məşhur memarlıq nümunəsinin qorunması üçün 10 milyon dollar ayrıldı Məşhur rəssamın əsərləri açıq hava heykəl parkında təqdim olundu "Dünyanı ruhi xəstəxana kimi istifadə etdiklərinə əminəm..." - Bernard Şoudan sitatlar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью