Türkiyədə fabrikdə partlayış baş verib, 12 nəfər həlak olub AZƏRTAC

24.12.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

İstanbul, 24 dekabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Balıkesir şəhərinin Karesi rayonunda partlayıcı istehsal edilən fabrikdə partlayış baş verib. İlkin məlumata görə, hadisə zamanı 12 nəfər həlak olub, 3 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Balıkesir valisi İsmail Ustaoğlu açıqlayıb.

Partlayış rayonun Kavaklı kəndində fəaliyyət göstərən fabrikin kapsul istehsal edilən bölməsində hələlik məlum olmayan səbəbdən baş verib.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью