Türkiyədə faciə qurbanlarının sayı 79 a çatdı

22.01.2025

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.

Publika.az xəbər verir ki, bu barədə yerli prokurorluq məlumat yayıb.

Bundan əvvəl 76 nəfərin öldüyü açıqlanmışdı.

Xatırladaq ki, Kartalkaya istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.

Hadisəyə görə artıq 11 nəfər saxlanılıb. Türkiyədə yanvarın 22-si matəm günü elan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью