Türkiyədə faciəvi qəza

02.04.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Türkiyənin Sivas vilayətində faciəvi qəza baş verib.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, Yalovadan Ərzincana gedən sərnişin avtobusu Sivas-Ərzincan magistral yolunda İmranlı rayon mərkəzinin girişində aşıb.
Bildirilib ki, qəza nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb.
Məlumata görə, hadisə yerinə polis və təcili tibbi yardım maşınları cəlb edilib.
Qeyd olunub ki, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью