Türkiyədə FETÖ ilə əlaqəli daha 361 nəfər saxlanıldı

27.06.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə son iki həftə ərzində FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 361 şübhəli saxlanılıb.

Axar.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerliqaya özünün X hesabında yazıb.

O bildirib ki, 46 vilayətdə FETÖ-yə qarşı keçirdikləri əməliyyatlarda qiyabi həbs cəzası olan və axtarışda olanlar saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью