Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə son bir ayda FETÖ-yə qarşı keçirilən əməliyyatlarda tutulan 286 şübhəlidən 154-ü həbs edilib.
Missiya.Az "Trthaber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
"Son bir aydır davam edən əməliyyatlarda 286 şübhəli tutulub, onlardan 154-ü həbs olunub və 79-u haqqında məhkəmə nəzarəti müddəaları tətbiq edilib. Digərləri ilə bağlı isə prosedurlar davam etdirilir",- Yerlikaya bildirib.
İlahə Qənbərli
Missiya.Az