Türkiyədə FETÖ yə qarşı əməliyyat keçirilib 160 şübhəli saxlanılıb

17.12.2025

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə "Fətullahçı" terror təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib, iki həftə ərzində 160 şübhəli şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat paylaşıb.

Məlumata görə, 39 vilayətdə keçirilən əməliyyat zamanı saxlanılanlardan 90-ı həbs olunub, 52 nəfər isə polis nəzarətinə verilməklə sərbəst buraxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью