Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Türkiyədə fiber-optik internet abunəçilərinin sayı artıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Bilgi Texnologiyaları və Rabitə Qurumunun (BTK) ötən ilin üçüncü rübünə dair “Türkiyə Elektron Rabitə Sektoru Üç Aylıq Bazar Məlumatları Hesabatı”ndan əldə edilən bilgilərə görə, ölkədə internet istifadəsi artmaqda davam edir.
Texnoloji məhsulların və internet texnologiyalarının həyatın bir çox sahəsində geniş istifadə olunması ilə Türkiyədə genişzolaqlı internet abunəçilərinin sayı 2025-ci ilin üçüncü rübü etibarilə 98 milyon 243 min 443-ə yüksəlib. Bununla da ölkədə genişzolaqlı internet abunəçilərinin sayı 100 milyona yaxınlaşıb. Sözügedən göstəricidə əvvəlki ilin eyni rübü ilə müqayisədə 1,9 faiz artım qeydə alınıb.
Türkiyədə fiber-optik internet abunəçilərinin sayı 2024-cü ilin üçüncü rübündə 7 milyon 638 min 959 olduğu halda, 2025-ci ilin üçüncü rübündə 21,6 faiz artaraq 9 milyon 292 min 587-yə çatıb. Bu rəqəmin böyük hissəsini isə mobil internet istifadəçiləri təşkil edir. Məlumatlara görə, 2024-cü ilin üçüncü rübündə ölkədə 75 milyon 633 min 373 olan mobil internet abunəçilərinin sayı 2025-ci ilin eyni dövründə 1,2 faiz artaraq 76 milyon 518 min 642-yə yüksəlib.