Türkiyədə futbolçuları aldadıb pullarını mənimsəyən Seçil Erzan 100 ildən çox müddətə həbs edildi

01.12.2025

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

İstanbul məhkəməsi "Denizbank"ın keçmiş filial direktoru Seçil Erzanı fırıldaqçılıq və aldatma ittihamı ilə 102 il 4 ay müddətinə azadlıqdan məhrum edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, həmçinin 178 min dollar məbləğində cərimələnib.

Məhkəmə Seçil Erzanın yaratdığı fondun yüksək mənfəət adı altında 41 nəfəri aldatdığını müəyyən edib. Onun əmanətçiləri arasında məşqçilər və futbolçular - Fatih Terim, Arda Turan, Emre Belözoğlu, Fernando Muslera və başqaları olublar.

Qeyd edək ki, Seçil Erzan 2023-cü ilin aprel ayından bəri həbsdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью