Türkiyədə gecə muzeylərinə maraq rekord həddə çatıb

20.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə tarixi və mədəni məkanları gecə saatlarında ziyarət etmək istəyənlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Gecə muzeyləri proqramı çərçivəsində ziyarətçilərin sayı əvvəlki dövrlə müqayisədə 32 faiz yüksələrək 1,3 milyonu ötüb.

Efes antik şəhəri, Qalata qülləsi və digər tarixi məkanlar gecə saatlarında turistlərin diqqətini cəlb edən əsas ünvanlar arasında yer alıb. İşıqlandırılmış tarixi abidələr ziyarətçilərə mədəni irsi fərqli atmosferdə kəşf etmək imkanı yaradıb.

Gecə muzeyləri proqramı Türkiyədə mədəni turizmin inkişafına, tarixi məkanlara marağın artırılmasına və turistlər üçün yeni təcrübələrin yaradılmasına xidmət edir. Gecə ziyarətlərinə artan maraq ölkənin tarixi irsinin daha geniş auditoriyaya tanıdılması baxımından da əhəmiyyət daşıyır.

Hazırladı:
S.Rzayeva
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью