Türkiyədə genişmiqyaslı əməliyyat: İŞİDlə əlaqəli 42 şübhəli həbs edilib

03.01.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Türkiyənin 17 vilayətində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən şəxslərin tutulması üçün genişmiqyaslı əməliyyat keçirilib.

Bakupost.az “Qorz-35” adlanan əməliyyat çərçivəsində son bir həftə ərzində 42 şübhəli həbs edilib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkələrdə bu əməliyyata Ankara, Bursa, Qaziantep, İstanbul, Diyarbəkir, Kahramanmaraş və Kayseri kimi vilayətlərin də daxil olduğunu açıqlayıb.

Həbs olunanlar terrorçu qrupları maliyyələşdirməkdə və sosial şəbəkələrdə qadağan olunmuş ideologiyanı təbliğ etməkdə ittiham olunurlar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью