Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Elazığ şəhərində 5 bal gücündə zəlzələ olub.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:04-də qeydə alınıb.
Zəlzələ ocağı təxminən 16,22 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı qeydə alınmayıb.