Türkiyədə hakim partiyanın nümayəndəsi güllələnib

27.07.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon təşkilatının sədri Mehmet Direk, onun oğlu və qardaşı oğlu silahlı hücum nəticəsində öldürülüb.

Bu barədə "Cumhuriyet" qəzeti məlumat yayıb.

Hadisə vilayətin Güneykent rayonunda qəbiristanlıqda baş verib. Naməlum şəxs və ya şəxslər Mehmet Direk, oğlu Erkan Direk və qardaşı oğlu Əbu Bəkr Direkə atəş açıblar. Nəticədə hər üç şəxs həyatını itirib.

Hadisə yerinə polis qüvvələri cəlb olunub, ərazi nəzarətə götürülüb və şübhəlilərin saxlanılması istiqamətində əməliyyata başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью