Türkiyədə Halk TV nin binasında əməliyyat: Polis axtarış aparır

14.10.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə İstanbul Baş Prokurorluğu Cafer Mahiroğlunun şirkətləri ilə bağlı aparılan istintaq çərçivəsində "Halk TV"yə qəyyum təyin edildiyini açıqlayıb. Səhər saatlarında eyni vaxtda həyata keçirilən əməliyyat zamanı 11 şübhəli saxlanılıb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verib.

Məlumata görə, səhər tezdən "Halk TV"yə polis qrupları göndərilib və İstanbul Polis İdarəsinin Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları binada axtarışlar aparır.

Eyni zamanda çevik polis dəstələri binanın qarşısında təhlükəsizlik tədbirləri görür.

Kanalın rəhbəri Cafer Mahiroğlu da daxil olmaqla, 17 nəfər barəsində saxlanılma qərarı verilib, 11 nəfər nəzarət altına alınıb. İddia edilən cinayətlərin bələdiyyələrdən alınan tenderlər vasitəsilə kanalın maliyyələşdirilməsi ilə bağlı olduğu məlum olub.

Polisin axtarışı davam etdiyi müddətdə kanalın yayımı dayandırılıb və köhnə yayımın təkrarı yayımlanmağa başlayıb.

Kanal rəhbərinin ölkə xaricində olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью