Türkiyədə həbslər davam edir

19.03.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbulda bir neçə cinayət işi üzrə genişmiqyaslı əməliyyat çərçivəsində bu gün saxlanılan bələdiyyə sədri Əkrəm İmamoğlunun silahdaşlarının həbsi davam edir. İttihamlara korrupsiya (çirkli pulların yuyulması, tenderlərin manipulyasiyası və rüşvətxorluq üçün davamlı cinayət sxemi yaratmaq) .

Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılanlar arasında İstanbul Şişli bələdiyyəsinin  sədri Rəsul Emrah Şahan da var.

İstanbul meri Əkrəm İmamoğlunun həbsindən dərhal sonra Türkiyədə X, Instagram, YouTube, TikTok, Facebook və WhatsApp kimi sosial şəbəkələrə və messencerlərə daxil olmaqda problemlər yaranıb.

Elcan

Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью