Türkiyədə helikopter qəzasında 4 hərbçi həlak olub

12.11.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Malatya şəhərində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, helikopter hələlik müəyyən edilməyən səbəbdən qəzaya uğrayıb və göyərtəsində olan 4 hərbçi şəhid olub.
“Şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və əziz xalqımıza başsağlığı və səbir diləyirik”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью