Türkiyədə həm evlənəcək, həm də uşaq sahibi olacaq cütlüklərə 545 min lirə veriləcək | Icm…
Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə həm evlənəcək, həm də uşaq sahibi olacaq cütlüklərə 545 min lirə veriləcək Türkiyədə 2025 “Ailə ili” olduğu üçün həm evlənəcək, həm də uşaq sahibi olacaq cütlüklər üçün xüsusi dəstək ümumilikdə 545 min lirə (təxminən 26 min 135 manat) təşkil edir.
Bundan başqa, 3 uşağı olanlar aylıq 6 min 500 TL (311 manat), 4 uşaq sahibi olanlar isə 11 min 500 TL (551 manat) ödəniş alacaqlar.
İlk uşaq üçün ödəniş (5 min TL) birdəfəlik olacaq. Sonrakı aylıq ödənişlər uşaqların 5 yaşına qədər davam edəcək.
Evlilik kreditindən 18-29 yaş arasında ailə quracaq və gəlir tələblərinə cavab verən gənclər faydalanacaq.
2025-ci ilin yanvarın 1-dən sonra doğulan bütün uşaqlar üçün ödənişlər ediləcək.
Ödəniş üçün valideynlərdən biri Türkiyə vətəndaşı və ya Mavi Kart sahibi olmalıdır. Ödənişlər ananın hesabına həyata keçiriləcək.
İlk nikahından iki övladı olan ana 2025-ci il yanvarın 1-dən sonra yenidən ailə qurub uşaq dünyaya gətirərsə, 3-cü uşaq hesab olunacaq və ayda 5 min TL ödəniləcək.
Tam oxu
Xəbəri oxu