Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

09.12.2024

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin İsparta şəhərində hərbi helikopter qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, hadisə İspartanın Keçiborlu rayonu ərazisində baş verib.

Qəza ilə bağlı açıqlama verən İsparta Bələdiyyəsinin sədri Şükrü Başdeğirmen helikopterin düşdüyü dəqiq yerin hələ müəyyən olunmadığını və axtarış-xilasetmə qruplarının bölgəyə göndərildiyini bildirib. Helikopterdəki heyət sayı ilə bağlı hələ açıqlama verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью