Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

09.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

“Report” "CNN Türk"ə istinadən xəbər verir ki, qəza ölkənin İsparta vilayətinin Keçiborlu rayonunda qeydə alınıb.

Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub.

Qəza nəticəsində 4 nəfər həlak olub.

Digər ekipaj üzvlərinin axtarışı davam edir.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью