Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb YENİLƏNİB

09.12.2024

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində daha bir nəfərin meyiti tapılıb.

Hurriyyet.az xəbər verir ki, məlumata görə, həlak olanlardan biri təlim komandiridir.

Qəzaya səbəb kimi təlim zamanı iki helikopterin biri-birinə toxunması göstərilir. Təmasdan sonra helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə endirilib.

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub.

Qəza nəticəsində 4 nəfər həlak olub.

Digər ekipaj üzvlərinin axtarışı davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью