Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə davam edən “DENİZKURDU-II/2025” təlimi zamanı Hərbi Dəniz Qüvvələri Komandanlığına məxsus SH-70 tipli hərbi helikopterin uçuşu vaxtı texniki nasazlıq baş verib.
APA NTV-yə istinadən xəbər verir ki, helikopter dənizə məcburi eniş edib.
Milli Müdafiə Nazirliyi helikopterin dörd ekipaj üzvünün vəziyyətinin yaxşı olduğunu bildirib.
Hərbçilər müayinə olunmaq üçün xəstəxanaya aparılıb. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.