Türkiyədə hərbi helikopterlər toqquşub

09.12.2024

Icma.az, Ayna saytına istinadən bildirir.

Qəza nəticəsində 5 hərbçi ölüb: bir hərbçinin axtarışı davam edir

Türkiyənin İsparta vilayətində iki hərbi helikopter toqquşub. AYNA xəbər verir ki, bu barədə “Doğan” xəbər agentliyi (DHA) məlumat yayıb.

“Hərbi helikopterlər İspartanın Keçiborlu rayon mərkəzində yanacaqdoldurma məntəqəsinin yaxınlığında toqquşublar”, - məlumatda qeyd olunub.

Bildirilib ki, hadisə yerinə təcili yardım və yanğınsöndürmə briqadası göndərilib.

Qeyd olunub ki, qəza nəticəsində 5 hərbçi ölüb. Bir hərbçinin axtarışı davam edir. Həlak olan hərbçilərdən biri generaldır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью