Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Fatih rayonunun Sarayburnu ərazisində yerləşən kafelərdən birində güclü küləyin təsiri ilə iri çətirlər aşaraq müştərilərin üzərinə düşüb. Hadisə nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb.
Üsküdarda cənub küləyinin güclənməsi dənizdə dalğaların hündürlüyünü artırıb, sahilboyu hərəkəti çətinləşdirib. Küləyin qopardığı çadır parçasının bir nəfərin üzərinə düşməsi nəticəsində həmin şəxs xəsarət alıb.
Ümraniyə rayonunda güclü külək binanın dam örtüyünün hissələrini qopararaq ətrafa səpələyib. Küçüksu küçəsində isə aşan ağac yolun hərəkət hissəsini bağlayaraq nəqliyyatın hərəkətini müvəqqəti dayandırıb.
Büyükçekmece rayonunun Mimaroba məhəlləsində küləyin aparmaması üçün kafe çətirinin üzərinə çıxan işçilərin çətirlə birlikdə sürüklənməsi anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Bəyoğlunun Örnektepe, Etibank küçəsində isə güclü külək yaşayış binasının damını qopararaq yola atıb. Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb. /Ajans.az