Türkiyədə Heydər Əliyevin xatirəsi yad edildi

11.12.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyənin paytaxtı Ankarada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X" sosial şəbəkəsində hesabında paylaşım edib.

Səfirliyin əməkdaşları Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Onlara TANAP və “SOCAR Türkiye”nin əməkdaşları, Ankaradakı Heydər Əliyev adına məktəbin müəllim və şagirdləri, eləcə də Türkiyədə yaşayan azərbaycanlılar da qoşulublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью