Türkiyədə Heydər Əliyevin xatirəsi yad edilib

11.12.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin paytaxtı Ankarada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X" sosial şəbəkəsində hesabında paylaşım edib.

Səfirliyin əməkdaşları Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Onlara TANAP və “SOCAR Türkiye”nin əməkdaşları, Ankaradakı Heydər Əliyev adına məktəbin müəllim və şagirdləri, eləcə də Türkiyədə yaşayan azərbaycanlılar da qoşulublar.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью