Türkiyədə Heydər Əliyevin xatirəsi yad edilib

11.12.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X" sosial şəbəkəsində hesabında paylaşım edib.

Səfirliyin əməkdaşları Heydər Əliyev Parkında ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Onlara TANAP və "SOCAR Türkiye"nin əməkdaşları, Ankaradakı Heydər Əliyev adına orta məktəbin müəllim və şagirdləri, eləcə də Türkiyədə yaşayan azərbaycanlılar da qoşulublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью