Türkiyədə hotel yanğınında ölənlər arasında Gürcüstan vətəndaşı da var | Icma.az
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş verən güclü yanğında ölənlər arasında gürcüstanlı qadın da var Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Məlumata əsasən, həmin şəxs 58 yaşlı Laura Sulaişvilidir. Onun cənazəsi dəfn olunması üçün artıq Gürcüstana təhvil verilib.
L.Sulaişvilinin hoteldə çalışdığı ailə ilə birgə olduğu bildirilir. O, son 20 ildə Türkiyədə işləyib.
Xatıradaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu