Türkiyədə hoteldə 79 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub

27.01.2025

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş vermiş yanğının səbəbi məlum olub.

“Report” “Haber7”ə istinadən xəbər verir ki, bu barədə istintaq materiallarında qeyd olunub.

Bildirilir ki, hotelin mətbəxində səhər yeməyi hazırlanarkən manqala tökülən yağ yanıb. Bundan sonra aşpazların yanğına səhv müdaxiləsi, həmçinin suyu yanlış qaydada tökməsi nəticəsində alov genişlənərək ətrafa yayılıb.

Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub.

Yanğın nəticəsində 79 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью