Türkiyədə içərisində insanların olduğu çoxmərtəbəli bina yanıb

27.01.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Alanya şəhərində çoxmərtəbəli binada yanğın baş verib.

Oxu.Az "A Haber" telekanalına istinadən xəbər verir ki, hadisə yerində işçilər olub.

"Alanyada çoxmərtəbəli binalardan birində baş verən yanğın sakinlər arasında təşviş yaradıb. Yanğınsöndürmə briqadaları işçilərin təmir apardığı binaya göndərilib", - məlumatda bildirlir.

Qeyd olunur ki, 12 mərtəbəli hotelin tikintisi zamanı baş verən yanğında içəridə qalan 4 işçi xilas edilib.

Binada digər işçilərin olub-olmamasını aydınlaşdırmaq üçün hadisə yerində xilasedicilər əməliyyatı davam etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью