Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci il oktyabrın 17-də Türkiyənin Qars şəhərində II "Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı araşdırmaları” Beynəlxalq Simpoziumu keçirilib.
Tədbir Kafkas Universiteti Müasir türk dilləri və ədəbiyyatları departamenti və Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Nar şirkəti, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.
Simpozium Türkiyədə yalnız Kafkas Universitetində fəaliyyət göstərən, bakalavr və magistratura səviyyəsində təhsil verən Azərbaycan türkçəsi və ədəbiyyatı bölümünün 20 illiyi və Qarabağ zəfərinin 5 illiyinə həsr edilmişdir.
Məlumat üçün bildiririk ki, I "Türk dünyasında Azərbaycan dili və araşdırmaları” Simpoziumu 5-6 dekabr 2024-cü ildə Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə baş tutmuşdur.
Açılış mərasimində Kafkas Universitetinin prorektoru prof. Engin Kılıç, Fənn-ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları,
İlkin Qulusoy, Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Zamin Əliyev, Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdir
Dilbər Zeynalova, Azərbaycan Respublikasının təhsil müşaviri dos. Nəcibə Nəsibova, Atatürk Mərkəzinin direktoru prof.