Türkiyədə iki avtobus toqquşub: 18 nəfər yaralanıb

02.02.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda bələdiyyə avtobusu ilə mikroavtobus toqquşub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, toqquşma nəticəsində aralarında şagirdlərin də olduğu 18 nəfər yaralanıb.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara aparılıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью