Türkiyədə iki bələdiyyə sədri işdən çıxarıldı Terror ittihamı

22.11.2024

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə iki bələdiyyə sədri vəzifələrindən kənarlaşdırılıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tunceli bələdiyyə başçısı Cevdet Konak və Ovacık bələdiyyə başçısı Mustafa Sarıgülün vəzifələrindən uzaqlaşdırılıb.

Hər iki şəxsin PKK/KCK silahlı terror təşkilatına üzv olmaqda ittiham edildikləri üçün işlərinə xitam verildiyi qeyd olunub.

Barələrində artıq cinayət işi açılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью