Türkiyədə iki hərbi helikopter toqquşdu: 1 general, 5 zabit öldü

09.12.2024

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

- +

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Tribunainfo.az “CNN Türk”ə istinadən xəbər verir ki, qəza ölkənin İsparta vilayətinin Keçiborlu rayonunda qeydə alınıb.

Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub.

Qəza nəticəsində 4 nəfər həlak olub.

Digər ekipaj üzvlərinin axtarışı davam edir.

***

Türkiyənin İsparta vilayətində iki hərbi təlim helikopterinin toqquşması zamanı həlak olan hərbçilərdən biri komandir olub.

Bu barədə İsparta Valisi Abdullah Erin bildirib.

Həlak olan komandirin general İsa Baydilli olduğu açıqlanıb.

***

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı altıya çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью