Türkiyədə ikinci faciə əlaməti göründü VİDEO

19.12.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin İzmir vilayətinin Kamalpaşa bölgəsində yaralı maralın şəhər mərkəzinə enməsindən sonra bu dəfə də yaralı boz qurd Bitlis vilayətinin Tatavan bölgəsinə sığınıb. 

Globalinfo.az xəbər verir ki, görüntülər sosial şəbəkələrin Türkiyə seqmentində maraqla qarşılanıb.

Qurd Tatavanda avtomobil yoluna çıxıb. Bunu görən sakinlər onu yolun kənarına çəkərək yardım etməyə çalışıblar. Qurdun baytara aparıldığı, tibbi müdaxilə edildiyi və nəzarət altında saxlanıldığı bildirilir.

Türklərin qədim simvolu hesab edilən qurdun yaralı halda şəhər mərkəzində görünməsi xalqa mifoloji mesaj olaraq dəyərləndirilib. Belə ki, türk mifologiyasına görə qurd gücü, dayanıqlılığı və azadlığı simvolizə edir. Lakin yaralı qurd çətinliklərin xəbərçisi kimi başa düşülür.

Bir müddət öncə yaralı maralın Kamalpaşa bölgəsində fabrikə sığınmasından sonra bu məsələ türk xalqları üçün ikinci işarə kimi dəyərləndirilib.

Mürəxəssislərin fikrincə isə havaların soyuması səbəbindən vəhşi heyvanlar qida tapmaqda çətinlik çəkir. Bu səbəbdən insanların məskunlaşdığı bölgələrə axın edirlər.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, bir müddət öncə yaralı maralın İzmirdə fabrikdə tapılması türk xalqı üçün “faciə əlaməti” kimi qəbul edildi.

Ayşən Mustafa
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью