Türkiyədə ilin əvvəlindən startaplara 475 milyon dollar sərmayə qoyulub

15.10.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 15 oktyabr, AZƏRTAC

2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyədə startaplara 475 milyon dollar sərmayə qoyulub. İnvestisiya həcminə görə prioritet layihələr (197,9 milyon dollar) innovativ texnologiyalardan (fintech) istifadə etməklə maliyyə və digər xidmətlərin göstərilməsi üzrə ideyalarının həyata keçirilməsinə yönəlmiş kommersiya layihələri olub.

Bu barədə AZƏRTAC “StartupCentrum” təşkilatının Türkiyə startap-layihələr bazarında investisiya imkanlarının təhlilinə dair hesabatına istinadla xəbər verir.

Hesabata görə, bu ilin 9 ayı ərzində investorlar Türkiyədə müxtəlif startapların həyata keçirilməsinə 240 dəfə çox sərmayə qoyub.

Fintech ilə yanaşı, oyun sənayesi, səhiyyə, biotexnologiya və sənaye texnologiyaları sektorlarında layihələr investorların marağına səbəb olub.

Süni intellekt sahəsində də startaplara investisiyaların fəal artımı qeydə alınır.

“StartupCentrum” qeyd edib ki, İstanbul, Ankara və İzmir startapların sayına görə Türkiyənin lider vilayətləridir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью