Türkiyədə ilk atom elektrik stansiyası işə salınacaq

11.11.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu” AES-in 1-ci enerji blokunun fiziki işə salınması istismara verməzdən əvvəl sınaq-sazlama işləri başa çatdıqdan sonra dekabr ayında planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“İşə salınma dekabr ayına planlaşdırılır, buna ümid edirik. Bütün sınaqların uğurla başa çatdırılması vacibdir”, – deyə nazir konkret günü açıqlamadan bildirib.

“Rosatom”un rəhbəri Aleksey Lixaçov isə çərşənbə günü Minskdə jurnalistlərə açıqlamasında dövlət şirkətinin AES-in birinci enerji blokunun fiziki işə salınmasına bir addım qaldığını bildirmişdi.

“Akkuyu” AES Türkiyənin ilk atom elektrik stansiyasıdır və “Rosatom” dövlət korporasiyası tərəfindən inşa edilir. Layihə Rusiya istehsalı olan VVER-1200 tipli 3+ nəsil reaktorlarla təchiz edilmiş dörd enerji blokundan ibarətdir. Hər bir enerji blokunun gücü 1 200 MVt təşkil edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью