Türkiyədə illik inflyasiya 31% dən aşağı enib

05.01.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Türkiyədə illik inflyasiya yenidən azalıb.

"APA-Economics" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, 2025-ci ilin dekabr ayında illik inflyasiya 30.89% təşkil edib. Noyabr ayında bu rəqəm 31.07% təşkil etmişdi. Dekabr ayında istehlak qiymətləri əvvəlki aya görə 0.89% artıb.

Qeyd edək ki, son bir ildə ərzaq və alkoqolsuz içkilər üzrə 28.31%, nəqliyyatda 28.44%, mənzillərdə isə 49.45% artım müşahidə olunub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2024-cü ilin may ayında 75.45%, ötən il isə bu göstəricinin ən yüksək səviyyəsi – 42.12%-lə yanvar ayında qeydə alınıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью