Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən ay Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,05 bahalanıb.
Yeniavaz.com Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu, son 3 ilin analoji dövrlərində qeydə alınan ən aşağı göstərici olub.
Belə ki, 2023-cü ilin fevral ayında Türkiyədə illik inflyasiya 55,18%, 2024-cü ilin fevral ayında isə 67,07% təşkil edib.
Ən yüksək bahalanma təhsil xidmətlərində qeydə alınıb – 94,9%.
Bundan başqa, daşınmaz əmlak 70,8%, restoran və otellər 45,9%, səhiyyə xidmətləri 43%, qida və içkilər 35,1%, ev əşyaları 33,6%, nəqliyyat xidmətləri 23,4% bahalanıb.
Ən az artım geyim və ayaqqabı qiymətlərində qeydə alınıb. Geyim və ayaqqabı qiymətləri son bir ildə 20,8% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu 6-cı ölkə hesab olunur. Dünyada inflyasiyanın Türkiyədən yüksək olduğu 5 ölkə var. Bunlar Sudan (146,6%), Suriya (120,4%), Cənubi Sudan (112,6%), Argentina (84,5%) və Zimbabvedir (57,5%).
Murad Məmmədov