Türkiyədə inflyasiya son 50 ayın minimum səviyyəsinə enib

03.02.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 3 fevral, AZƏRTAC

Türkiyədə illik inflyasiya göstəricisi son 50 ayın minimum səviyyəsinə düşüb.

AZƏRTAC bu barədə Türkiyə Statistika İdarəsinin (TÜİK) fevralın 3-də açıqladığı cari ilin yanvar ayı üzrə qiymət artımı göstəricilərinə istinadla xəbər verir.

TÜİK-in məlumatına əsasən, 2026-cı ilin yanvar ayının yekunlarına görə, Türkiyədə inflyasiya səviyyəsi 4,84 faiz təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstəricidən (5,03 faiz) və 2024-cü ilin yanvar ayındakı göstəricidən (6,70 faiz) aşağıdır.

İllik inflyasiya səviyyəsi 30,65 faiz olub.

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek TÜİK-in göstəricilərini şərh edərək bildirib ki, inflyasiyanın artmasına təsir göstərən amillərin təsiri məhdudlaşdırılacaq.

“Qiymət sabitliyinin təmin edilməsi istiqamətində hökumət qətiyyətli addımlar atmağa davam edəcək, ölkədə təkliflərin artımını bundan sonra da stimullaşdıracaq”, – deyə o vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью