Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır (Video)

11.09.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Türkiyənin Muğla şəhərində inşaat ustasının qazancı ilə bağlı açıqlaması diqqət çəkib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, usta iki bünövrənin hazırlanması üçün 450 min türk lirəsi aldığını bildirib. Onun sözlərinə görə, işin tamamlanması cəmi bir həftə davam edib.

İnşaat ustası ikinci mərtəbənin də tamamlanmasından sonra ümumi qazancının 1 milyon 100 min türk lirəsinə (38.566 manat) çatacağını deyib.

O, açıqlamasında gənclərə də müraciət edərək peşə öyrənməyin vacibliyini vurğulayıb və onları sənət sahibi olmağa çağırıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью