Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Türkiyədə Ərdoğanın sədri olduğu iqtidar partiyası - AKP-nin Balıkəsir şəhəri, Mərmərə rayonunda təşkilat qərargahına hücum olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gecə daşlarla qərargah binası "atəşə tutulub".
Məlumata görə, nəticədə binanın pəncərələri sındırılıb: "Polis şübhəlinin tutulması istiqamətində axtarışa başlayıb".
Təşkilat sdəri sədri Mehmet Aydemir hücumu pisləyib: "Bu hücum təkcə bir binaya deyil, həm də demokratiyaya və millətin iradəsinə edilib. Demokratiyaya uzanan hər ələ qarşı qanun, dövlətin müdrikliyi və AK Partiyasının qətiyyətli mövqeyi var"
Firudin Səfərli
MİA.AZ