Türkiyədə iranlı 3 qardaş bir anda intihar etdilər

15.11.2024

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Türkiyədə 3 iranlı qardaş bir anda intihar ediblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalyanın Murtapaşa qəsəbəsində Gözəloba məhəlləsində baş verib.

İranlı 3 qardaş – 44 yaşlı Mohammed Reza Yasovalian, Mohsen və Əmirhüseyn yaşadıqları evdə qapı və pəncərələri bağlayaraq kömür yandırıblar. Nəticədə hər üçü ölüb.
Hazırda onların meyiti şəhər məhkəmə-tibbi ekspertiza şöbəsində saxlanılır. Məlumata görə, meyitlərin sahibi ortaya çıxıb onları götürmək istəmir. Belə ki, qardaşların İrandakı 3 bacısı və Antalyadakı qohumları meyitlərdən imtina ediblər. Mərhumların həmçinin ata-analarının da illər əvvəl öldüyü bildirilir.

Hazırda araşdırmalar davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью