Türkiyədə iş adamı buna görə həbs edildi

24.04.2025

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə tanınmış iş adamı Adnan Bıçaqçı həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” kanalı məlumat yayıb.

Məlumata görə, o, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya işi üzrə axtarışda olan şübhəli Əmrah Bağdatlını ölkədən çıxarmaqda təqsirli bilinib. Bundan başqa A.Bıçaqçı “cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaq”da da ittiham olunaraq həbs edilib.

Xatırladaq ki, İstanbul Universiteti fevral ayında aralarında Əkrəm İmamoğlunun da olduğu 28 nəfərin diplomlarının ləğv edilməsinə qərar vermişdi.

Əkrəm İmamoğlu mart ayında İstanbul bələdiyyəsinə qarşı açılan cinayət işi çərçivəsində həbs olunub. O, korrupsiyada ittiham edilir. Əkrəm İmamoğlu ittihamları qəbul etmir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью