Türkiyədə işçilərin qaldığı konteynerlər yanıb

07.01.2026

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Türkiyədə güclü yanğın baş verib.

Reyting.az bildirir ki, hadisə Malatyada qeydə alınıb.

Ərazidə tikintidə çalışan işçilərin yaşayış yeri kimi istifadə etdikləri konteynerlərdəki yanğın zamanı ara-sıra partlayıslar da qeydə alınıb.

Yanğınsöndürənlər təxminən bir saat sonra yanğını nəzarətə götürüblər. Tüstüdən zəhərlənən iki işçi xəstəxanaya aparılıb.

Yanğın zamanı 40 konteyner yararsız hala düşüb.

Yanğının səbəbləri araşdırılır.

V. QULİYEV


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью