Türkiyədə İŞİD ə qarşı əməliyyat 360 dan çox saxlanılan var

06.06.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə Hüquq mühafizə orqanları və Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinən 361 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bir-biri ilə əlaqələndirilmiş əməliyyatlar son 20 gün ərzində Türkiyənin 39 vilayətində həyata keçirilib.

Saxlanılan şəxslər terror təşkilatının tərkibində fəaliyyət göstərməkdə, təşkilata maliyyə dəstəyi verməkdə ittiham olunurlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью