Türkiyədə İŞİD in üzvü ehtimal olunan 153 nəfər saxlanılıb

18.07.2025

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə son iki həftə ərzində İŞİD-in üzvü ehtimal olunan 153 nəfər saxlanılıb.

“Report”un məlumatına görə, bu barədə daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, şübhəlilər ölkənin 28 vilayətində, o cümlədən İstanbul, İzmir, Antalya və Bursa kimi böyük şəhərlərdə genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində saxlanılıblar.

"Saxlanılanlar İŞİD-in fəaliyyətində iştirak etməkdə, onunla əlaqəli saxta humanitar qurumları maliyyələşdirməkdə və sosial şəbəkələrdə terror təbliğatı yaymaqda şübhəli bilinir", - A.Yerlikaya qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью