Türkiyədə İŞİD üzvləri ilə toqquşma 7 polis yaralandı

29.12.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə İŞİD üzvləri ilə toqquşmada yeddi polis yaralanıb.

Modern.az xəbər verir ki, Türkiyənin şimal-qərbində yerləşən Yalova vilayətində İŞİD terror təşkilatının üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşma nəticəsində yeddi polis əməkdaşı yaralanıb.

“TRT Haber”in məlumatına görə, polis Yalova şəhəri yaxınlığında terrorçuların gizləndiyi ehtimal olunan evə əməliyyat keçirib. Əməliyyat zamanı silahlı qarşıdurma baş verib.

Bildirilib ki, yaralanan polis əməkdaşlarının vəziyyəti ağır deyil. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью