Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər həbs edilib

18.07.2025

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Türkiyədə son iki həftə ərzində keçirilən genişmiqyaslı antiterror əməliyyatı zamanı İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 153 nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, əməliyyatlar ölkənin 28 vilayətində, o cümlədən ən böyük şəhərlər - İstanbul, İzmir, Antalya və Bursada keçirilib.

Yerlikaya terror strukturlarına qarşı mübarizənin qətiyyətlə və güzəştə getmədən davam edəcəyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью