Türkiyədə İŞİDlə əlaqəsi olan 50dən çox şübhəli

26.11.2024

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbəı verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.
“İŞİD terror qruplaşmasına qarşı 18 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 54 nəfər saxlanılıb”, - nazir "X"da yazıb.
O qeyd edib ki, saxlanılan şəxslər "İslam Dövləti"nə üzv olmaqda, terror təşkilatının üzvlərinə yardım və sığınacaq verməkdə, eləcə də sosial şəbəkələrdə təbliğat aparmaqda şübhəli bilinirlər. Prokurorluq həbslərlə bağlı cinayət işi açıb. Məhkəmənin qərarı ilə 20 nəfər həbs edilib.
Türkiyə xüsusi xidmət orqanları mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar aparır. Daxili İşlər Nazirliyinin məlumatına görə, il ərzində respublikada terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 3 mindən çox insan saxlanılıb.

Həmidə İbrahimova
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью